poliqrafiya xidmetleri
Poliqrafiya xidmetleri. Müxtəlif formatlarda kataloq və broşurların hazırlanması. Kataloq və broşurlar müxtəlif formatlarda olmaqla offset və lazer çapı vasitəsiylə həyata keçirilə bilər. Lazer çapı kiçik tirajlar üçün nəzərdə tutlmuşdur. Çap olunacaq faylın dizaynı çap üçün PDF, CDR və ya Ai formatlarında olmaıdır. Hazır dizayn olmadıqda dizayn bizim tərəfimizdən hazırlana bilər. Dizaynın qiyməti çapın qiymətinə əlavə olunmaqla hesablanır. Kataloqların qiymətləri ilə hesab kalkulyatoru vasitəsiylə tanış ola bilərsiniz. Kalkulyatordakı qiymətlər lazer çapı üçün nəzərdə tutlmuşdur əgər sizin sifarişinizin miqdarı çoxdursa offset çapının qiymətləri barədə məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
Flayerlərin hazırlanması. Flayerlərin ölçüsü standart olaraq 21 sm X 10 Sm ölçüsündə nəzərdə tutulmuşdur lakin müxtəlif ölçülərdə də hazırlana bilər. Standart flayerlər 170 qr kağızda çap olunur. Flayerlərin çapı lazer printer və offset çapı olmaqla 2 üsulla oluna bilər. Lazer çapı adətən kiçik tirajlar üçün nəzərdə tutlmuşdur və bundan əlavə olaraq çap müddəti daha tez başa gəlir və buna uyğun olaraq offset çapı ilə müqayisədə qiymətləri fərqlidir. Offset çaplı flayerlər üçün minimal tiraj 3000 ədəd təşkil edir. Çap olunaçaq fayl PDF, CDR və ya Aİ formatlarında olmalıdır. Əgər çap olunacaq flayerin dizaynı yoxdursa dizayn tərəfimizdən hazırlana bilər. Dizayn ümumi məbləğə əlavə olunmaqla hesablanacaq. Flayerlərin tirajlarına uyğun olaraq qiymətləri ilə hesab kalkulyatoru vasitəsiylə tanış ola bilərsiniz. (Qiymətlər lazer çapı üçün nəzərdə tutulmuşdur).
Xüsusi kəsimli bukletlərin hazırlanması. Asılqan və ya digər formalarda bukletlərin hazırlanması tərəfimizdən həyata keçirilir. Kəsimli bukletlər üçün minimum tiraj 3000 ədəd təşkil edir. Standart bukletlər 170 qr-lıq kağızda offset çapı ilə təklif olunur. hazırlanma müddəti tirajından asılı olaraq 4-12 iş günü təşkil edə bilər. Çap olunaçaq fayl PDF, CDR və ya Aİ formatlarında olmalıdır. Əgər çap olunacaq bukletin dizaynı yoxdursa dizayn tərəfimizdən hazırlana bilər. Dizayn ümumi məbləğə əlavə olunmaqla hesablanacaq. Kəsimli bukletlərin tirajlarına uyğun olaraq qiymətləri ilə hesab kalkulyatoru vasitəsiylə tanış ola bilərsiniz.
Firma blanklarının çap olunması. Firma blankları adətən A4 formatında 120 qr offset kağızında, lazer və ya offset çapı olunmaqla hazırlanır olunur. Sifariş üçün minimum say 50 ədəd təşkil edir. Lazer çapı kiçik tirajlar üçün nəzərdə tutulmuşdur. Daha böyük tirajlar üçün offset çapı tətbiq olunur (minimum 500 ədəd olmaqla). Qiymətlər tirajlara uyğun olaraq dəyişir. Firma blanklarının tirajlarına uyğun qiymətləri ilə hesab kalkulyatoru vasitəsiylə tanış ola bilərsiniz. (Qiymətlər kiçik tirajlarda lazer çapı üçün nəzərdə tutulmuşdur).