Poliqrafiya
Çap və çapdan sonrakı poliqrafiya xidmətləri tərəfimizdən həyata keçirilir. Poliqrafiya məhsulları üzərində çap əsasən 2 növdə həyata keçirilir. Bunlar offset və lazer çap üsullarıdır. Offset çapı adətən böyük tirajlı mətbəə məhusllarının istehsalı üçün tətbiq edilir. Sifariş olunacaq poliqrafiya məhsulunun tirajı böyükdürsə burada offet çap üsulu uyğun olur belə ki, tirajlar artdıqca offset çapının qiymətləri lazer çapına nəzərən böyük fərq edir.
Lazer çapı əsasən xırda və orta tirajı məhsullar üçün nəzərdə tutulmuşdur. Bundan başqa lazer çapı ilə hazırlanan çap məhsullarının hazırlanma prosesi offset çapına nəzərən daha tez olur.
Aşağıda bəzi poliqrafiya məhsulları göstərilmişdir. Sifariş edəcəyiniz məhsul barədə burada daha ətraflı məlumat ala bilərsiniz.