Banner vinil çapı

     Banner və vinil materialında çaplar, banner vinil çapı və digər böyük formatlı çap işləri. Böyük formatlı çaplar üçün adətən banner və vinil (yapışqanlı) materiallarından istifadə olunur. Banner materialı üçün maksimal en 3 metr, vinil materialı üçün maksimal en 2 metr təşkil edir. Çap olunacaq materialının uzunluğu 50 metrə qədərdir.

     Banner və vinillər iç və ya çöl məkanda quraşdırılmaqlarına görə çaplar 2 yerə bölünür. İç məkanlar üçün nəzərdə tutulmuş banner və vinil materiallar adətən Roland və ya Mimaki aparatları vasitəsiylə həyata keçirilir. Çap olunmuş materialların montajı da tərəfimizdən həyata keçirilir. Bundan əlavə olaraq çap olunmuş bannerlərdə açılmaq üçün halqalar da nəzərdə tutula bilər.

     Çap olunacaq fayl PDF, CDR və ya Aİ formatlarında olmalıdır. Əgər çap olunacaq materialın dizaynı yoxdursa dizayn tərəfimizdən hazırlana bilər. Dizayn ümumi məbləğə əlavə olunmaqla hesablanacaq. Banner və vinil çaplarının və montajın qiymətləri ilə daha ətraflı hesab kalkulyatoru vasitəsiylə məlumat ala bilərsiniz. 50 kv/dən artıq olan çaplar üçün qiymətlərdə endirim nəzərdə tutulmuşdur.